Həkimlərimiz

Ləman Əliyeva

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2013-cü ildə Türkiyədə İstanbul Universiteti İstanbul Tıp Fakultesi Kadın Doğum Anabilim dalında təhsil almışdır.

ELMİ FƏALİYYƏT:

  • Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının dissertantıdır.

Elmi iş:

  • "Abdominal doğuşların hüquqi tənzimlənmə mexanizminin gücləndirilməsi fonunda perinatal itkilərin səciyyələri"

ÇALIŞDIĞI TİBB MÜƏSSİƏLƏRİ

  • 2005-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxanada internatura keçmişdir.
  • 2006-2010-cu illərdə Tərtər rayon Mərkəzi Klinik Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışmışdır
  • 2011-2017-ci illərdə Yazıçılar birliyinin poliklinikasında ginekoloq vəzifəsində çalışmışdır.
  • 2015-2017-ci illərdə German hospitalda mama ginekoloq vəzifəsində çalışmışdır.
  • 2017-2020-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində cərrah mama ginekoloq vəzifəsində çalışmışdır.
  • 2020-ci ilin noyabr ayından etibarən Caspian International Hospitalda cərrah mama-ginekoloq vəzifəsində çalışmışdır.Hazırda German hospitalda cərrah mama-ginekoloq vəzifəsində çalışır.

İXTİSASLAŞDIĞI TİBBİ SAHƏ

  • Ginekologiya
  • Vaginal plastika
  • Açıq üsul ilə (abdominal) uşaqlığın artımlarla birlikdə çıxarılması
  • Açıq və laparoskopik üsul ilə yumurtalıq kistlərinin, miomaların çıxarılması
  • Açıq və laparoskopik üsul ilə boru əməliyyatları
  • Histeroskopik uşaqlıq anomaliyalarının (septum,sinexiya) aradan götürülməsi
  • Uşaqlıq ağzı patologiyalarının müalicəsi
  • Polikistozun, endometriozun və uşaqlıq qanaxmalarının müalicələri
  • Kolposkopiya
  • Mamalıq
  • Hamiləliyin müşahidəsi
  • Riskli (yüksək təzyiq, şəkər xəstəlikləri və s.) hamiləliklərin müşahidəsi
  • İkili, üçlü və dördlü darama testləri
  • Uşaqlıq boynunun çatışmamazlığı əməliyyatı (serklaj)
  • Normal doğuş
  • Ağrısız normal doğuş
  • Qeysəriyyə əməliyyatı
  • Sonsuzluq müalicəsi üzrə prosedurlar və ovulyasiyanın induksiyası
  • Boruların yoxlanılması (HSG)
  • Aşılama
  • Vaginizm

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın