Haqqımızda



German Hospital stasionar, ambulator və səyyar tibbi xidmət göstərən geniş profilli tibbi müəssisədir. Klinikanın stasionar şöbəsində ayrıca doğum evi fəaliyyət göstərir ki, burada təbii doğuş və keysəriyyə əməliyyatları olunur. Stasionarda ümumi cərrahi, ginekoloji, plastik cərrahiyyə, burun-boğaz, göz, travmatoloji, neyrocərrahiyyə əməliyyatları açıq, laparaskopik, lazer və mikroskopik üsullar ilə həyata keçirilir. 

Klinikada Respublikanın tanınmış və təcrübəli cərrahları əməliyyatlar edir. Klinikanın cərrahiyyə bloku Almaniya və ABŞ-ın ən müasir avadanlıqları ilə tam təchiz olunub. Poliklinika şöbəsində ultrasəs müayinəsi, rentgen, laboratoriya, endoskopiya, EKQ, EXO-KQ, EEQ və s. diaqnostik xidmətlər göstərilir. Ambulator olaraq ginekoloq, terapevt, pediatr, hematoloq, hepatoloq, nevropatoloq, kardioloq, oftalmoloq, otorinolorinqoloq, psixoterapevt, travmatoloq və s.həkimlər xidmət göstərir. 

Klinikamız peşəkar və təcrübəli həkimlərin çalışdığı bir məkandır. Həkim-mütəxəssislərin böyük əksəriyyəti xaricdə iş təcrübəsinə malik, dünyanın bir sıra ölkələrində ixtisaslaşmış və təkmilləşmə kursları keçmiş kadrlardır. Peşəkar orta tibbi heyət tibbi xidmətlərin daha keyfiyyətlə və dəqiqliklə həyata keçirilməsində böyük rol oynayır.


Rəhbərlik

Gündüz Abbasov

İcraçı-direktor

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın