Laboratoriya

"German hospital" Tibb Mərkəzinin laboratoriyası 2015-ci ildən fəaliyyət göstərir və hal-hazırda bura kliniki laboratoriya ,PZR (polimeral zəncirvari reaksiya) laboratoriyası və bakterioloji laboratoriya bölmələri daxildir. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.

Hər gün 100-ə yaxın pasientin müraciət etdiyi laboratoriyada 500-ə qədər müayinə aparılır. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilir. Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir.

Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasientə məxsus olan kodla markirə olunur.Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır.İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasientə təqdim olunur.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın