Tibbi bölümlər

Stasionar və cərrahiyyə

Klinikamızda unikal cərrahi əməliyyatlar həyata keçirilir. Burda klinikanın ixtisaslı həkim cərrahları və ehtiyac olduqda kənardan dəvət edilmiş digər mütəxəssislər tərəfindən uroloji, plastik, burun-qulaq-boğaz, neyrocərrahi, endokrin cərrahiyyəsi, ümumi cərrahiyyəyə aid əməliyyatlar həyata keçirilir.
Anestezioloji tibbi avadanlıqlar ən yüksək səviyyədədir. Dünyanın ən yaxşı xəstəxanalarında həyata keçirilən sistemlə aparılan anesteziologiya bir sıra üstünlükləri ilə seçilir. Məlum olduğu kimi klassik anestetiklər bir sıra yan təsirlərə malikdir. Belə ki, xəstələr əməliyyatdan bir müddət sonra yuxulu və əsəbi olduqlarını dilə gətirirlər. Anesteziologiya dərmanları adətən bədəndə daha çox piy toxumalarında toplanır və sonradan bir sıra yan təsirlər yaradır.
Lakin “German Hospital”- da istifadə olunan anesteziologiya dərmanları qısa zamanda bədəndən xaric olunur və yan təsir törətmir. Bundan əlavə əməliyyat olunan xəstələr monitora qoşulur. Onların qan təzyiqi, qanda oksigenin miqdarı və sairə göstərilir. Bu da əməliyyatın effektini və texnikasını artırır.
Stasionar şöbəsi 24 saat işləyir. Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Daha artıq xəstə yerləşdirmək də olar. Stasionar şöbəsində 2- çarpayılıq palatalarla yanaşı, tək çarpayılıq və VİP-lüks palatalarımız da var. Palatalarımızda daimi işıq, su, kondisioner, televizor var. Xəstələrin rahatlığını və xidmətin operativliyini təmin etmək məqsədilə palatadakı hər bir çarpayıda xidməti personalı çağırmaq üçün həyəcan düyməsi var. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Klinikanın xüsusi yeməkxanası var. Yeməkxana klinikanın xidməti personalına və xəstələrə qulluq göstərir. Xəstələrimiz üçün ev yeməklərindən fərqlənməyən yüksək səviyyədə xörəklər hazırlanır. Xörəklərdən savayı meyvələr, şirələr verilir. Və müalicə alan xəstənin durumuna görə ayrıca qulluq edilir. Əməliyyat olunası xəstələr stasionar şöbəsində əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın