Qastroenterologiya
Qastroenterologiya tibbin mədə-bağırsaq sistemi ilə bağlı (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir. Klinikamızda hər növ endoskopik müayinələr və endoskopik əməliyyatlar((EMR,ESD,POEM,ERCP,STER,)), mədə-bağırsaq, öd, mədəaltı vəz xəstəlikləri, ishallar, mədə-bağırsaq helmintozları, Hepatit B, Hepatit C. Qəbizlik, kron xəstəliyi və qeyri spesifik xoralı kolitin müalicəsi aparılır. Ümumi xidmətlərlə birgə Qastroskopiya, Kolonoskopiya, Polipektomiya, Qanaxmaların dayandırılması, Varikoz venalarn bandlanması, Darlıqların genişləndirilməsi, yad cismin çıxarılması, Qida borusu və bağırsağa stentin qoyulması, pediatrik endoskopik xidmətlər göstərilir.