Faydalı məlumatlar

Prenatal və ya bətndaxili inkişaf

Mayalanmış yumurtanın yenidoğulmuş körpəyə çevrilməsinin ciddi müəyyən olunmuş və genetik möhkəmlənmiş ardıcıllıqla baş verən yetişmə prosesinin klassik nümunəsidir.

Orta hesabla 38 həftə sürən prenatal inkişaf dövrü ənənəvi olaraq 3 mərhələyə bölünür:
1) ziqot mərhələsi (2 həftəyə yaxın),
2) embrion mərhələsi (2-8 həftə),
3) döl mərhələsi (9-cu həftədən doğuşa qədər).
Prenatal dövr klassik qradasiyaya görə 3 əsas mərhələyə bölünür:
1.Rüşeymönü – yumurta hüceyrəsinin spermatozoidlə birləşərək rüşeymi yaratdığı ilkin mərhələ
2.Rüşeym və ya embrional – yumurta hüceyrəsi və spermatozoidin yaratdığı 2 ay çəkən embrion mərhələsi
3.Döl mərhələsi. Bu mərhələnin müxtəlif qradasiyası var və burada 2-ci, 3-cü punktlar mahiyyətinə görə böyük bir dövrün iki hissəsidir. Bu mərhələni həm də fetal dövr adlandırırlar. Bu mərhələ dölün bətndə tam şəkildə yetişərək dünyaya göz açana qədər davam edir.

Məlumdur ki, yenidoğulmuş körpə bu dünyaya böyük təəssüratlarla gəlir. O, bütün hissiyyat orqanlarının köməyilə hər şeyi hiss edir. Hal-hazırda prenatal dövr və ya körpənin bətndaxili inkişafı hər həftəsinə görə kifayət qədər öyrənilmişdir. 3-cü həftənin axırından embrionun ürəyi döyünməyə başlayır.

9-cu həftəsində dilin üzərində dad məməcikləri əmələ gəlir və o, dölətrafı mayenin dadını fərqləndirə bilir, hətta ona reaksiya verir.

10-cu həftəsində bütün dəri səthi hiss edir.

10-11-ci həftədə döl dəqiqliyilə toxunuşu, istini, soyuğu və ağrını hiss edir. Ən vacibi odur ki, o, qıcıqlara reaksiya verməyə qadirdir. Əgər ona hiss etdikləri xoş deyilsə, onun üz mimikası dəyişir.

16-cı həftədə döl eşitməyə başlayır. İlk olaraq o, ana bədəninin səslərini: ürək döyüntülərini, qanın səsini, peristaltikanın səslərini eşidir. Bu səsləri o, su mühitindən boğuq olaraq qəbul edir. Sonra döl ətrafdan gələn səsləri eşitməyə başlayır. Müəyyən olunub ki, döl bəzi sözləri “yadda saxlamağı” və səsləri ayırmağı bacarır. 16-cı həftəsində dölün bütün hissiyyat formaları inkişaf etmiş olur.

Təxminən 20-cı həftəsində ana dölün hərəkətlərini hiss edir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın