Faydalı məlumatlar

DİZ PROTEZİ (Diz Artroplastikası)

Diz artroplastikası diz oynağında duzlaşmaya bağlı şiddətli ağrısı olan xəstələrdə ağrını azaltmaq, oynaq hərəkətini təmin etmək və həyat keyfiyyətini artırmaq üçün edilən cərrahi əməliyyatdır. Diz protezi əməliyyatı üçün müraciət edənlər konservativ müalicələrdən(ağrıkəsi dərmanlar, müalicəvi gimnastika, fizioterapiya, oynaq içi inyeksiyalar) fayda görməyən və oynaqda şiddətli ağrıları və hərəkət məhdudiyyəti davam edən xəstələrdir.
Duzlaşmada xəstələr ilk olaraq ağrıdan şikayət edirlər. Ağrı əvvəlcə uzun müddət ayaq üstə durduqda və yürüyüş zamanı yaranır. Vaxt keçdikcə ağrı daha qısa hərəkətlərdə yaranır və daha uzun sürür.Ağrının davamlı hal almasıyla xəstələrin həyat keyfiyyəti düşür. Ağrı daha ağır formalarda xəstənin evdən çıxmasına , hətta bəzən gündəlik işlərini görməsinə əngəl törədir.

Diz oynağı 3 kompartmandan ibarətdir. Əgər bu kompartmanlardan ikisində duzlaşma varsa total diz protezi qoyulmalıdır. Duzlaşma sadəcə bir kompartmanda olduqda minimal invaziv qismi diz protezi(unikompartmantal diz protezi) tərcih edilə bilər.Total diz protezi qığırdağı sıradan çıxmış oynağın hər iki səthinin metal və polietilendən istehsal olunan parçalar ilə örtülərək ,ağrısız şəkildə hərəkətinə imkan yaradan süni bir oynaq yaradılmasına deyilir. Bu əməliyyat zamanı aşınmaya məruz qalan oynaq qığırdağı uyğun qalınlıqda sümük təbəqəsi ilə kəsilərək çıxarılır, protez ölçüsü alındıqdan sonra uyğun ölçüdə implantlar polimetilmetakrilat adlanan tibbi sementlə sümüyə tutdurulur. Bu əməliyyatla oynaq səthləri yenidən metal və plastikdən hazırlanmış protezlə yenidən örtülmüş olur. Protez əməliyyatı daha çox 60 yaş üstündə olan xəstələrə edilir, ancaq revmatoid artrit, osteonekroz kimi xəstəliklərdə daha erkən yaşda da edilə bilər. Diz protezinin ömrü son modellərlə 25-30 ilə qədər uzanmışdır. Buna baxmayaraq 50 yaş altında olan xəstələrdə protez öncəsi digər metodlar sonuna qədər tətbiq edilməyə çalışılmalıdır!

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsappa yazın