German hospital ailəsi olaraq şanlı ordumuza dəstək
Hərbi əməliyyatlar zamanı yaralanmış əsgərlərimizin və mülki vətəndaşlarımızın müalicəsinə dəstək üçün hazırda klinikamızın bir çox yüksək ixtisaslı həkim heyyəti cəbhəboyu ərazilərdə yerləşən klinikalarda könüllü olaraq xidmət edir.
Eyni zamanda German hospital ailəsi olaraq cəbhəboyu klinika və ərazilərə zəruri olan tibbi ləvazimatlar göndərməyi,şanlı ordumuza dəstək olmağı özümüzə borc bilirik.