Qəhrəman Qəhrəmanov
Dr.Qəhrəman Qəhrəmanov - Lor, üz-estetik cərrahı. 1977-ci ildə Bakı ş.kimya-biologiya təmayüllü orta məktəbi bitirmiş və həmin il N.Nərimanov adına ADTN-nun 1-ci müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1983-cü ildə bitirərək cərrah ixtisası almışdır. 1983-84 illərdə Bakı şəhəri 3 N-li Şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçmişdir və Ağsu rayonu Mərkəzi Xəstəxanasına təyinatla otolarinqoloq kimi göndərilmişdir. 1991-ci ilin yanvar ayından Bakı şəhərində fəaliyyət göstərməyə başlamış, 1992-94 ci illərdə Ə.Əliyev adına həkimləri təkmilləşdirmə İnstitutunda otolarinqologiya üzrə kliniki ordinaturanı keçmişdir.
1995-ci ildən 2006-cı ilə qədər 15 sayli BŞX-nin lor həkimi vəzifəsində çalışmışdır. 1999-2000-ci illərdə Turkiyə Cumhuriyyəti Ankara Universiteti İbn Sina Xəstəxanasında otolarinqologiya üzrə, Cebeci-xəstəxanasında plastik və rekonstruktiv cərrahiyyə üzrə ixtisas artırma kursları keçmişdir. 2007-ci ildə T.C İstanbul Şişli Etval xəstəxanasında lor,plastik-rekonstruktiv cərrahiyə üzrə təkmilləşmə kursu keçmişdir, bundan başqa dünyanın bir çox aparıcı ölkələrində, o cümlədən Türkiyə Cumhuriyyəti, Avstraliya, Yaponiya, Rusiya, Avropa ölkələrində elmi-konfranslarda iştirak etmişdir.
2008-ci ildə Rusiya Federasiyasında Tibbi Biologiya üzrə namizədlik dissertasiyası, 2015-ci ildə doktorluq dissertasiya müdafiə etmiş və professor titulu almışdır. 2004-2009 cu illərdə Bakı şəhər Badamdar bələdiyyəsinin üzvü seçilmişdir. 2009 cu ildə Gömrük Hospitalının LOR şöbəsinin rəisi işləmişdir. 2013-15-ci illərdə Global Med Tibb Mərkəzinin Baş Həkimi, 2015-18 illərdə Med Era klinikasının Baş Direktoru, 2018 ildə Stimul Hospitalin Direktoru işləmiş, 2019 cu ildən isə Global Med Tİbb Mərkəzində Direktor vəzifəsində çalışır. Hal-hazırda German hospitalda fəaliyyətini davam etdirir.