2000 – 2006-cı illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.
2006 – 2007-ci illərdə Seçenov adına 1N -li Moskva Dövlət Tibb Akadeniyasında internatura keçmişdir.
2007 – 2009-cu illərdə Kazan Dövlət Tibb Akademiyasında kliniki ordinatura keçmişdir.
Kurslar:
İtaliya, Türkiyə, Rusiya və ölkəmizdə çoxsaylı elmi - praktik konfranslarda iştirak etmişdir.
İş təcrübəsi:
2009 – 2010-cu illərdə Tartarstan vilayəti Leninoqorsk şəhər Mərkəzi Şəhər Xəstəxanası - həkim uroloq vəzifəsində çalışıb.
2011 - 2014 Ömür klinikasında həkim uroloq vəzifəsində çalışıb.
2014 - 2017 "Premium Clinic"də həkim uroloq vəzifəsində çalışıb.
2018-ci ildən etibarən “German Hospital”da uroloq-androloq vəzifəsində çalışır.
2015-ci ildən etibarən “German Hospital”da pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.
Fəaliyyət sahələri:
Böyrək, sidik axarı və sidik kisə daşlarının holmium lazerlə tam qapalı üsulla, sidik kanalından daxil olmaqla parçalanıb çıxarılması.
Prostat vəzi və sidik kisə şişlərinin, poliplərin, prostat adenomasının ( prostat vəzin xoşxassəli hiperplaziyası ), sidik kisənin leykoplagiyası, xroniki ssistitin lazerlə, sidik kanalındann daxil olmaqla müalicəsi və əməliyyatı,
TUR əməliyyatı ( prostat vəzin və sidik kisə şişlərinin transuretral rezeksiyası)
Sidik kanalında daralma, sidik kanaalı şişləri, sidik kanalı poliplərinin yalnız sidik kanalınsdan daxil olmaqla lazerlə endoskopik ləğvi.
Cinsi orqanda əyriliklərin düzəldilməsi, cinsi orqanın sınıqları və digər travmalarının konservativ və cərrahi müalicəsi.
Varikoselin mikrocərrahi ( mikroskopik ) əməliyyatı ( əməliyyat tam mikrocərrahi şəraitdə aparılır. Bu zaman xayanı qidalandıran arterial damarlar, sinirlər və limfa axarları maksimum qorunur)
Kişi sonsuzluğunun müxtəlif formalarının ən müasir dünya protokollarına uyğun müayinə və müalicəsi
Hidrosele ( xayada maye toplanması ), xayada, xaya artımında və toxum ciyəsində kista, xaya və xaya artımında şişlərin, həmçinin cinsiyyət orqanlarında olan bütün digər törəmələrin mikrocərrahi müalicəsi.
Sualınız var?
Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.